Azərbaycan Gürcüstan məhsullarının idxalını 12 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 14,4 milyon ABŞ dolları olan yerli istehsal məhsulları idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə məhsulların dəyəri 12,1 % artıb.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 2,6 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaşlarının ilk onluğunda IX yeri tutub.
Yanvar-fevralda Gürcüstandan xarici ölkələrə 760,4 milyon ABŞ dolları dəyərində yerli məhsul ixrac olunub ki, bu da illik müqayisədə 54,5 % çoxdur.
Hesabat dövründə qonşu ölkədən ən çox ixrac edilmiş yerli məhsulların ilk onluğuna mis filizləri və konsentratları, ferroərintilər, mineral gübrələr, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, qızıl, trikotaj köynəklər, fındıq, qiymətli metal filizləri və konsentratları daxil olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}