Azərbaycan kauçuk idxalına çəkdiyi xərci 20 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 90,323 milyon ABŞ dolları dəyərində kauçuk, rezin və onlardan hazırlanan məmulatlar idxal edib.
Şəffaflıq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,394 milyon ABŞ dolları (20,5 %) çoxdur.
Səkkiz ay ərzində Azərbaycanın kauçuk, rezin və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 286 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 528 min ABŞ dolları (2,8 dəfə) azdır.
Hesabat dövründə kauçuk, rezin və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 1,23 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}