Gəncədə 17 yaşlı qızı zorlamaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan 17 yaşlı gənci zorlamaqda təqsirləndirilən Rəşid Gözəlovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə "Report"a hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Kəpəz Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu R.Gözəlov tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı məlumat yayılmışdı.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Daha sonra R.Gözəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}