Ukraynada bioloji silah hazırlanması ilə bağlı heç bir sübut yoxdur
BMT-də Rusiyanın iddia etdiyi kimi, Ukraynanın bioloji silahlar hazırladığına dair sübut yoxdur.
Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
Eyni zamanda, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild Rusiya Federasiyasının bu cür ittihamlarının Ukraynada bioloji və ya kimyəvi silahdan istifadə üçün əsas yarada biləcəyindən narahatlığını ifadə edib.
Xəbəri paylaş
Facebook-da paylaş