İsmayıllıda “Narkomaniya ağ ölümdür” mövzusunda tədbir keçirilib

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecində “Narkomaniya ağ ölümdür” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kollec tələbələrinin iştirakı ilə baş tutan tədbirdə çıxış edənlər narkotiklər və psixotrop maddələrin zərərləri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasəti barədə, narkotik asıllılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə qanunvericiliyin müddəaları barədə məlumat veriblər.
Sonda iştirakçılara bukletlər, əyani vəsaitlər paylanılıb.

Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}