Podolyak: “Çernobıl AES-də vəziyyət təhlükəlidir, heç kim orada nə baş verdiyini bilmir”

 

“Çernobıl AES-dəki vəziyyət təhlükəlidir, çünki stansiya Rusiya ordusunun fəaliyyətlərinə görə enerjisiz qalıb. İndi heç kim anlamır ki, orada nə baş verir”.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Çernobıldakı vəziyyət ümumilikdə çox təhlükəlidir. İşğalçıların fəaliyyətlərinə görə orada ümumiyyətlə enerjisiz qalmamalı olan obyektlər problemlə üz-üzə qalıblar. Bu, bütün Avropa və əlbəttə ki, Rusiyanın özü üçün də təhlükədir”, - deyə M.Podolyak bildirib. 


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}