Stoltenberq: “Biz müdafiə ittifaqıyıq, Rusiya ilə münaqişə axtarmırıq”

 

NATO-nun Ukraynadakı vəziyyət kontekstində məqsədi münaqişənin onun hüdudlarından kənara yayılmasının qarşısını almaqdır.

Bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Yayım alyansın saytı vasitəsilə aparılıb.

“Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Amma məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Biz kollektiv təhlükəsizlik sistemimizi gücləndirməyi öz üzərimizə götürmüşük”, - deyə Stoltenberq bəyan edib.

O, həmçinin NATO-nun alyansın kollektiv təhlükəsizlik müqaviləsinin 5-ci maddəsinə sadiqliyini təsdiqləyib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}