NATO Rusiyaya yenidən görüş təklif etdi

 

“Ukrayna ətrafında vəziyyətin siyasi yolla tənzimlənməsi üçün vaxt var".


Şəffaflıq.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

"Rusiyanın münaqişənin kənarından uzaqlaşması və sülh yolunu seçməsi hələ də gec deyil. NATO şəffaflıq, risklərin azaldılması və silahlara nəzarət məsələləri ilə bağlı Rusiyaya yazılı təklif göndərib. Hələ ki, cavab almamışıq və mən yenidən Rusiya-NATO Şurası formatında görüşmək təklifi ilə Rusiyaya müraciət edirəm”, - deyə Stoltenberq qeyd edib.

Eyni zamanda o, bir daha qeyd edib ki, alyans əsas prinsiplər, o cümlədən ölkələrin bloka qoşulmaq hüququ ilə bağlı güzəştə getməyəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}