Stoltenberq: “NATO Rusiyaya güzəştə getməyəcək”
NATO bu və ya digər ölkənin alyansa qoşulmağı mövzusunda Rusiyaya güzəştə getməyəcək. İttifaq Baltik və Qara dənizdəki mövcudluğunu gücləndirəcək.
Bunu hərbi blokun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı bəyan edib.
O, təşkilatın Rusiyanın təhlükəsizlik barədə təkliflərinə cavab verdiyini bildirib.
NATO rəhbəri, həmçinin Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırıb.
Bununla yanaşı, Stoltenberq Moskva və Brüsseldəki missiyaların bərpasını, eləcə də təhlükəsizlik məsələlərinin NATO-Rusiya Şurası çərçivəsində müzakirəsini təklif edib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş