Rusiya qoşunları Melitopolda teleradio və rabitə qüllələrini ələ keçirib
Melitopolda Rusiya qoşunları televiziya və radio rabitə qüllələrini ələ keçirib.
Bu barədə Melitopol meri İvan Fedorov məlumat verib.
“Şəhər teleqülləsi, eləcə də şəhər radiorabitə qüllələri hazırda perimetr boyu şəhərə nəzarət edən Rusiya Federasiyası silahlı qüvvələrinin nəzarəti altındadır”, - deyə o, bildirib.
Fedorov əlavə edib ki, bu səbəbdən Ukrayna hakimiyyəti nə video, nə də radio məzmununa nəzarət etmir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş