Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb
Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından feysbuk tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.
Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.
Xəbəri paylaş
Facebook-da paylaş