ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edir
Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Biz Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməyə davam edirik. ABŞ-ın Kiyevi peyk şəkilləri ilə təmin etmək imkanlarına hava şəraiti mane olur. Vaşinqton Kiyevə yardım etməyə çalışır ki, Ukrayna özünü müdafiə etməyə davam edə bilsin”, - məlumatda deyilir.
Məlumatda həmçinin deyilir ki, Ukrayna ərazisində amerikalı hərbçi yoxdur.
Ağ Evin sözçüsü Cen Psaki təsdiqləyib ki, ABŞ real vaxt rejimində Rusiya qoşunları haqqında kəşfiyyat məlumatları Ukraynaya ötürür.
Facebook-da paylaş