Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Abşeronda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Fatmayi kəndində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Nadirə Həsənqulu qızı, 1979-cu il təvəllüdlü İsmayılova Yeganə Həsənqulu qızı, 1995-ci il təvəllüdlü Abdullayeva Pərvin Əliabbas qızı, 1958-ci il təvəllüdlü Cəfərova Elmira Cəfər qızı, 2003-cü il təvəllüdlü İsmayılova Məleykə Sübhan qızı və 2005-ci il təvəllüdlü İsmayılova Nərmin Sübhan qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}