İsmayıllıda avtomobil qəzası, ölən və yaralananlar var

 

İsmayıllıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı şəhərində avtoqəzanın baş verməsi və avtomobildə sıxılı vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayılll Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər vətəndaşın avotomildə sıxılı vəziyyətdə qalması müəyyən edilib. 


Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə avadanlıqlarından istifadə etməklə müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalmış vətəndaşları operativ qaydada avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə zamanı İsmayıllı rayon sakinləri - 1999-cu il təvəllüdlü Məmmədov Yunis Mirzağa oğlu, 1999-cu il təvəllüdlü Hacıyev Toğrul Elşən oğlu, 1996-cı il təvəllüdlü Məsimli Taleh Qənimət oğlu, 1999- cu il təvəllüdlü Zeynalov Mətin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Yunis Məmmədov dünyasını dəyişib.  

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}