Şamaxıda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Soyqırım abidəsi ziyarət olunub.-FOTO

Xocalı soyqırımın 30-cu ildönümü ilə əlaqədar Şamaxıda Soyqırım abidəsi ziyarət olunub, 
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 8 ailə tamam məhv edilib, 25 uşaq hər iki valideyinini itirib, 130 uşaq valideyinlərindən birini itirib 1275 nəfər isə girov götürülüb.

Şəffaflıq.az xəbər verir ki,tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və   rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə rayon rəhbərliyi  və ictimaiyyət nümayəndələri ,Şamaxıda Soyqırım abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub,  xatirəsini ehtiramla yad ediblər.

 








 






Vahid İsmayılov.
Şəffaflıq.az 































  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}