Orxan Nəzərli: “Qeyri-neft sektoru üzrə vergilərdə könüllü ödəmələrin payı 90%-ə yaxınlaşıb”

"Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmalarından könüllü ödəmələrin xüsusi çəkisi 90%-ə yaxınlaşıb"
Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
"Vergi orqanları iqtisadi sistemin yeni çağırışlarına uyğun olaraq rəqəmsal platformasını təkmillədirməkdə davam edir. Biz vergi ödəyiciləri bərədə tutumlu məlumata malikik. Hər gün bu məlumatların həcmi, keyfiyyəti artır. Elektron alətlərin tətbiqilə yaradılmış platformalar, elektronlaşdırılmış nəzarət mexanizmləri vergi yığımlarını artırmağa və yaxşılaşdırmağa imkan verir. Son 4 ildə Azərbaycanda səyyar vergi yoxlamalarının sayı 4,5 dəfə azalıb. Lakin bir yoxlamaya düşən vergi məbləği 4 dəfə artıb", - deyə Xidmət rəisi qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}