Vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələr BOKT-lara və “Azərpoçt”a da aid ediləcək
Şəffaflıq.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Məsələn, müvafiq qanun layihəsinə əsasən, dövlət qeydiyyatını vergi orqanlarının apardığı hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarla yanaşı, BOKT-larda və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün vergi orqanına ərizə verəcək.
Facebook-da paylaş