Prezident Dövlət Vergi Xidmətinin iki əməkdaşına ali xüsusi rütbə verdi
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:
Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi
Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş