Şamaxı Rayon Gənclər və İdman idarəsinin və Şamaxı Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımı”nın otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirildi.-FOTO

 23.02.2022-ci il tarixində M.Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin akt zalında Şamaxı Rayon Gənclər və İdman idarəsinin və Şamaxı Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımı”nın otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirildi və məktəblilərə  “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi nümayiş etdirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şəffaflıq.az xəbər verir ki, tədbiri giriş sözü ilə Şamaxı Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Famil Tağıyev açaraq, Xocalı faciəsi barədə məlumat verdi və bu qətliamın Azərbaycan xalqının yaddaşında həkk olunduğunu qeyd etdi.F.Tağıyev Xocalı həqiqətininin dünyada tanınması  və bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını vurğuladı. Bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğuladı. Çıxışlar bitdikdən sonra məktəblilər üçün “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi nümayiş olundu.
Qeyd edək ki, “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır. Ekran əsərində Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan türklərinə qarşı terror aktları, ötən əsrdə törədilən bəşəri faciə olan Xocalı soyqrımı şahidlərin dili ilə faktlar və sənədlərlə tamaşaçılara çatdırılır. Proqramın qonaqları qeyd ediblər ki, bu filmlə bir daha erməni vəhşiliyi, erməni vandalizmi və işğalçılığı dünyaya nümayiş olunur.Film Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}