Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova rayonun Mədrəsə qəsəbəsi və Kərkənc kəndlərində olub.FOTO
Şəffaflıq.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili sakinlərlə görüşüb, onların arzu və istəkləri dinlənilib. İctimaiyyət nümayəndələrinin iştirakı ilə Mədrəsə qəsəbəsi və Kərkənc kəndində aparılan abadlıq və quruculuq işlərilə tanış olublar.
Mədrəsə qəsəbəsində uzun müddət istismarda olmuş elektrik təsərrüfatının yenilənməsi işlərinə yerində baxış keçirilib. İşlərin gedişatı ilə tanış olan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova və millət vəkili Tamam Cəfərovaya bildirilib ki, indiyədək Mədrəsə qəsəbəsində ümumilikdə 603 ədəd 0.4 kV-luq, 50 ədəd 10 kV-luq elektrik dirəyi yenilənib, 5000 metr SİP kabel çəkilib və 5 tranfarmator məntəqəsinin yeri hazırlanıb, buda qəsəbənin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatında müstəsna əhəmiyyət kəsb edir.Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili Kərkənc kəndində olub, kənd sakinləri ilə görüş keçiriblər. Eyni zamanda Kərkənc kəndində də yenilənən elektrik təsərrüffatına baxış keçirilib və onlara məlumat verilib ki, indiyədək kənddə 80 ədəd 0.4 kV-luq dirək yenilənib, 2 transfarmator məntəqəsinin yeri hazırlanıb və işlər sürətlə davam etdirilir.
Facebook-da paylaş