Namidan Piriyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edildi

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev vəzifəsindən azad edilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən o, BDYPİ-nin rəis müavini təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında təsdiqləyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}