Salyanda ağır avtomobil qəzası baş verib - iki qardaş öldü

 

Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Asif Mirzəyev və qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyev həlak olub.

Qəzada ölən qardaşlar Cəlilabadın Alar kəndinin sakinləri olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}