Tərtərdə yol işçiləri minaya düşüb, xəsarət alanlar var

 Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Şəffaflıq.az-a verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}