Müğənni Təranə Qumral bir çox aparıcılarla bağlı iddia irəli sürüb.

Müğənni Təranə Qumral bir çox aparıcılarla bağlı iddia irəli sürüb.
Şəffaflıq.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Tarixin bir günü" proqramında danışıb. Bir neçə aparıcının adını çəkən ifaçı bildirib ki, verilişlərə onu qəsdən çağırmırlar:
"ATV kanalında 2 veriliş var, bizi çağırmır. Adını da deyəcəm, qorxmuram. Zaurun bazar günü evdə çəkilən proqramı var, (aparıcı Zaur Baxşəliyevin "Zaurla Günaydın" proqramı - red.) bizi çağırmırlar. Daha bir bazar günü evlərə gedib çəkilən veriliş də var ki, bizi dəvət etmir. Çəkinmirəm, adını deyəcəm, Aytəkin də çəkmir bizi. Zaurla heç bir davamız, intriqamız olmayıb. Bilirsiz niyə? Müğənnilərin sözüylə veriliş aparırlar. İnanın, mən sizi inandıraram. İllərdir verilişi gedir. Onun sosial verilişinə çıxmışıq. Amma bazar günü olana niyə çağırmır? İnanın, bundan rəhbərliyin xəbəri yoxdur. Nə xanımı, nə özüylə problemimiz var. Onlara tapşırıblar, bunlar da ona görə çağırmırlar".
Proqramda isə Təranənin nəzərdə tutduğu müğənninin Nazənin olduğu deyilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}