Bayram günlərinin sayı AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərini açıqlayıb.
Qurumdan verilən məlumata görə, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Şəffaflıq.az
Facebook-da paylaş