AQTA bir neçə restoranı cərimələyib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 15-də ölkə üzrə 333 ictimai iaşə obyektində 593 monitorinq keçirib.
AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küç., ev 24A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Layiq Məlik oğluna məxsus “Qurmanoff” restoranı,
2. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəs., S. Əliyev küçəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus “Doneritto” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, M. Cəlal küç., ev 254 ünvanında yerləşən, fiziki şəxs Hüseynli Valid Cəmil oğluna məxsus “Çinar” kafesi;
4. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 60 ünvanında yerləşən, fiziki şəxs Həmidov Nihat Cavid oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küç., ev 42 ünvanında yerləşən, hüquqi şəxs “Hacı Sokakta Azərbaycan” MMC-yə məxsus kafe;
6. Qax rayonu, İçəri Bazar küçəsində yerləşən, fiziki şəxs Əhmədov Zülfüqar Məmməd oğluna məxsus “İçəri Bazar” kafesi;
7. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən, fiziki şəxs Atayev Əli Hümbət oğluna məxsus “Dəniz” kafesi;
8. Gəncə şəhəri, Atatürk prospekti 226A ünvanında yerləşən, fiziki şəxs Ayaz Mehmet Halis oğluna məxsus “Osmanlı” kafesi;
9. Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən, hüquqi şəxs “Yens” MMC-yə məxsus “Coffeemania-Gəncə Mall” kafesi;
10. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Mamedov Ələddin Nəzər oğluna məxsus “Nurəddin” kafesi.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}