Dövlət Xidməti gənclərin vətənpərvərlik tərbiyəsində mühim rol oynayır


 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından on il ötür. Ötən dövr ərzində xidmət ölkənin ordu quruculuğunda, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb.


Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bəhs edilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov və başqaları çıxış edərək rayon bölməsinin əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.

Diqqətə çatdırılıb ki, xidmətin Xocavənd rayon bölməsi orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin yüksəldilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində təhsil şöbəsi ilə işi birgə qurur, hərbiçilərlə gənclərin görüşlərinin keçirilməsini təmin edir.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}