Bakıdakı “Formula-1” yarışının proqramı müəyyənləşdi
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin proqramı bəlli olub.
Şəffaflıq.az xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.
Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək. İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu start götürəcək. Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Formula-1”də yeni mövsümə martın 20-də Bəhreyndə start veriləcək. Mövsümə noyabrın 20-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək yarışla yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş