Beyləqanda üç maşın toqquşub, ikisi kanala aşıb


 

Beyləqanda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Aran Qəsəbəsi - Bəhramtəpə magistral yolunun rayonun Eyvazalılar kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “ZİL” markalı yük maşını “Niva” və “OKA” markalı minik maşınları ilə toqquşub. Zərbənin təsirindən yük və “Niva” markalı minik maşını yol kənarındakı su kanalına aşıb.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü, Ağcabədi rayon sakini Səfərov Səfər Rafail oğlu, 1980-ci il təvəllüdlü, Ağcabədi rayon sakini Babayev Ramil Kərim oğlu, 1969-cu il təvəllüdlü Ağdam rayon sakini Mehtiyev Əvəz Səfər oğlu və 1980-ci il təvəllüdlü, Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğlu xəsarət alıb.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}