Şamaxıdakı süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb

 Şamaxı şəhər stadionuna salınmış süni örtük FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Şəffaflıq.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}