Məhkəmə Hafiz Məmmədovu ev dustaqlığına buraxıb
Bu barədə "Report"a onun vəkili İsmayıl Kəngərli deyib.
O bildirib ki, Yasamal Rayon Məhkəməsinin hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı vəsatət təmin olunub.
Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.
Başlanan cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilib.
Facebook-da paylaş