Masallıda 15 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərdən izahat alınıb
Şəffaflıq.az-ın məlumata görə, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadənin (ad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.
Valideynləri azyaşlı qızının elçi düşən oğlanla nişanlanmasına icazə veriblər.
Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızın 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.
Facebook-da paylaş