Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

 Türkiyənin Bingöl vilayətinin Yayladərə rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Şəffaflıq.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:49-da baş verib. Zəlzələnin ocağı yerin 7 km dərinliyində qeydə alınıb.
Zərər çəkmişlər və dağıntılar barədə məlumat verilmir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}