Poti dəniz limanında yeni terminal açılıb


 

Bu gün Poti dəniz limanında Gürcüstanın “Pace Group” korporasiyası və ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası tərəfindən inşa edilən yeni dəniz terminalının açılış mərasimi olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili terminalın açılış mərasimində bildirib ki, korporasiya 2020-ci ildən tikintidə iştirak edir.

Region üçün son dərəcə əhəmiyyətli layihəyə qoyulmuş investisiyanın ümumi məbləği 93 milyon ABŞ dollarıdır, ikinci mərhələ başa çatdıqdan sonra bu məbləğ 120 milyon ABŞ dollarına çatacaq. Layihə çərçivəsində hidrotexniki qurğuların, 260 metrlik estakadanın genişmiqyaslı tikintisi həyata keçirilib.

Terminalda, həmçinin avtomatlaşdırılmış yükləmə-boşaltma sistemləri ilə təchiz edilmiş 50 min ton tutumu olan anbar var. Hazırda anbarda Azərbaycanın “SOCAR Karbamid” zavodunun karbamidi saxlanılır. Altı hektar ərazini açıq anbar sahəsi tutur. Yeni terminal 50 min ton yükgötürmə qabiliyyətinə malik gəmiləri qəbul edə bilər.

Tədbirdə, həmçinin SOCAR, Maddox, Dreymoor və başqalarının nümayəndələri iştirak ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}