Nazirdən ƏDV-lər barədə AÇIQLAMA
“2021-ci ildə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17 faiz, aksizlər üzrə 25 faiz, mənfəət vergisi üzrə isə 16,3 faiz artıb”.
Şəffaflıq.az məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1 faiz, pərakəndə ticarətdə 53,7 faiz, sənayedə 29,3 faiz və xidmət sektorunda 19,7 faiz müşahidə olunub.
Xəbəri paylaş
Facebook-da paylaş