Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

 

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi  “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}