Azərbaycanda 7 413 ceyran, 6 563 Şərqi Qafqaz turu var.

Azərbaycanda 7 413 ceyran, 6 563 Şərqi Qafqaz turu var.
Şəffaflıq.az xəbər verir ki, bununla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə statistika aparılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Xidmət əməkdaşlarının, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə respublikanın müxtəlif bölgələrində keçirilmiş sayılma zamanı ötən illərdən fərqli olaraq beynəlxalq ekspertlər də iştirak edib.
O qeyd edib ki, Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış sayğıların nəticəsinə görə, bu ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7 413 olub: "Şərqi Qafqaz turlarının populyasiyasının sayı isə Şahdağ Milli Parkı, Zaqatala, İlisu dövlət təbiət qoruqları, Zaqatala, Qax dövlət təbiət yasaqlıqları, Şəki və Babadağ ovçuluq təsərrüfatları, eləcə də bu ərazilərlə həmsərhəd olan sahələrdə aparılmış sayğıların nəticəsinə görə, təxminən, 6 563 müəyyən edilib".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}