Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu.
Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}