Təşkilat sədrinin müavini: “I və II Qarabağ müharibəsi veteranları arasında fərq qoyulmur”

 “Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə xüsusi diqqət göstərir”.
Şəffaflıq.az-ın xəbərinə görə, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu gün xarici ölkələrin orduları, hərbi təhsil müəsissiləri Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurları öyrənməyə çalışırlar: “Son dövrlər 1000-ə yaxın Vətən müharibəsi iştirakçısı bizim təşkilata üzv olub. Bu gün biz hiss edirik ki, dövlət qurumları müharibə veteranları arasında ayrıseçkilik etmirlər. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi veteranlarına, qazilərinə dövlət tərəfindən fərq qoyulmur”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}