Bakıda 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verilib

 Bakıda 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevə bəraət verilib.
Şəffaflıq.az-ın məlumatına  görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.
Qərara əsasən, dələduzluq faktı sübuta yetirilməyib və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, İ.Xıdırovla N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən 1 milyon manata yaxın pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xıdırov 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}