Qazaxıstan Prezidenti ölkədəki böhranın səbəbini açıqlayıb

 “Qazaxıstandakı hadisələrin baş verməsinə səbəb ciddi sosial-iqtisadi problemlər və bəzi dövlət qurumlarının səmərəsizliyi, uğursuz fəaliyyəti oldu. Bunu etiraf etmək lazımdır”.
Şəffaflıq.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentdəki çıxışında deyib.
Qeyd edək ki, Qazaxıstandakı kütləvi etirazlar 2022-ci ilin ilk günlərindən başlayıb. Buna səbəb ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin artması olub. Sonra etirazlar digər şəhərlərə də keçib. Hakimiyyət yanvarın 19-na kimi ölkədə fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb.
BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}