Karate üzrə 12 Azərbaycan çempionu müəyyənləşdi


 

Fövqaladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində karate üzrə böyüklər arasında XXIX Respublika çempionatı keçirilib.

Şəffaflıq.az xəbər verir ki, yarışa əsasən paytaxt, həmçinin müxtəlif bölgələrdən 14 klubu təmsil edən 94 idmançı qatılıb.

Fərdi kata çıxışlardan əlavə, kumite yarışlarında kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcəsində, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəkilərdə mübarizə aparıb.

Əminağa Quliyev (-60 kq, DİN İC), Tural Ağalarzadə (-67 kq, Mərkəzi Karate Məktəbi), Tural Ələkbərli (-75 kq, FHN), Ayxan Mamayev (-84 kq, “Qara Qaplan”), Əli Cəfərov (+84 kq, Mərkəzi Karate Məktəbi), Roman Heydərov (kata, FHN), eləcə də Fidan Teymurova (-50 kq, “Qara Qaplan”), Mədinə Sadiqova (-55 kq, “Qara Qaplan”), Renata Ərəbli (-61 kq, Mərkəzi Karate Məktəbi), Zəhra Əliverdiyeva (-68 kq, Mərkəzi Karate Məktəbi) və Fəridə Əliyeva (+68 kq, Mərkəzi Karate Məktəbi) və Zəhra Qurbanzadə (kata, Mərkəzi Karate Məktəbi) Respublika çempionu olub.

Ümumi komanda hesabında Mərkəzi Karate Məktəbi (MKM) 1-ci, “Qara Qaplan” 2-ci, Fövqalədə Hallar Nazirlyinin İdman Klubu isə 3-cü yeri tutub.

Qeyd edək ki, bu yarışda dünya çempionlarımız Rafael Ağayev, İrina Zaretskaya və II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı iştirak etməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}