İsmayıllıda şəhid ailəsi və qazilərlə görüş keçirilib.-FOTO

 07.01.2022-ci il tarixdə  Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federassiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qaziləri və şəhid ailəsi ziyarət olunub.
Şəffaflıq.az xəbər verir ki, görüşdə federasiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qazilər və şəhid ailəsi ilə sosial-psixoloji söhbətlər aparılıb. Söhbət zamanı qazilərimizin paralimpiya hərəkatına qoşulması təklif olunmuş və İsmayıllı rayonu ərazisində Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federassiyasının nümayəndəliyinin açılması barədə təşəbbüs irəli sürülmüşdür.

Şəffaflıq.az



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}