Türkiyədə zəlzələ olub

Türkiyənin Antalya şəhərinin Alanya rayonu sahilindən 56,9 km məsafədə - Aralıq dənizində zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 5,3 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri 39,5 km dərinlikdə yerləşib.
Dağıntı və itki barədə məlumat verilməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}