Tələbə adı qazanmış qazi və şəhid ailəsi üzvlərinə ödənilən vəsaitin miqdarı məlum olub

 

Ötən il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

Fondun yayımladığı hesabatdan əldə edilən məlumata görə, bu istiqamətdə ümumilikdə 82 min manat xərclənib.

Belə ki, indiyədək 41 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}