İtaliyada insanlar bayram ərəfəsi tətbiq edilən COVID-19 qadağalarına məhəl qoymadı: Onlarla şəxs xəsarət alıb

 

İtaliyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən qadağalara baxmayaraq, insanlar kütləvi şəkildə küçələrə axışıb.

Ənənəvi olaraq Yeni ilin gəlişini qeyd edən italiyalıların şənliyi onlarla insanın xəsarət alması ilə bitib.

Bayram atəşfəşanlığının “episentri” həmişə olduğu kimi Neapol şəhəri olub, son məlumatlara görə, burada doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

İtaliyanın cənubundakı Kampaniya vilayətində isə 14 vətəndaş xəsarət alıb, onlardan biri gözünü itirib, daha bir nəfər sinəsindən güllə yarası alıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}