31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür

 

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Şəffaflıq.az xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dünyanın demək olar ki, bütün ölkələrində yaşayan azərbaycanlılar bayram kimi qeyd edirlər. Bu gün həm də Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni iİl isə ikinci plana keçib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi.

Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. 

Dünya Azərbaycanlıları bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Onu da qeyd edək ki, 2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq bu şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri də Qələbəmizə layiqli töhfə olmuşdur.

Biz Şəffaflıq.az qəzetinin və saytının kollektivi də bu Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü həm qəlbimizdə, həm də əməli fəaliyyətimizdə qeyd edir və üzümüzə gələn 2022-ci ildə bütün xalqımıza xoşbəxt günlər, firəvan həyat tərzi, işlərində yeni-yeni nailiyyətlər və ən əsası möhkəm can sağlığı arzulayırıq.

"Şəffaflıq"-ın kollektivi adından
    təsisçi və baş redaktor
       Vahid İsmayılov 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}