Salyanda qəza: Üç nəfər xəsarət aldı

 

Ələt-Astara yolunun Salyan rayonunun ərazisində Kür çayının üzərindəki körpüdə üç minik maşınının toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Bu barədə jurnalist Emil Məmmədov sosial şəbəkədə məlumat yayıb.

Hadisə nəticəsində üç nəfər Salyan rayon sakini - 1997-ci il təvəllüdlü Fərəcov Samir Eldar oğlu, 1967-ci il təvəllüdlü Əliyev İmran Ağaş oğlu və Rzayev Müşfiq Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzanın qatı duman səbəbindən baş verdiyi bildirilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}