Şabranda çay evlərinin sahibləri saxlanılıb

 Şabranda karantin rejimi qaydalarını pozan çay evlərinin sahibləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evlərinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərmələri aşkar edilib.
Obyektlərin sahibləri rayon sakinləri Nicat Orucov və Elmar Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Çay evində olan digər şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}