Fransada sayca 22-ci məscid bağlandı

 

Fransanın Bove şəhərindəki Bilal Məscidi ilə bağlı məhkəmənin qərarı açıqlanıb.

“Radikal məzmunlu moizələrin oxunması” bahənəsilə ibadətgahın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Məscidlə bağlı məhkəməyə dekabrın 14-də Bove şəhərinin yerləşdiyi Uaza departamenti rəhbərliyi müraciət edib.

Qubernatorluqdan verilən məlumata görə, 400 nəfərlik ibadətgahla bağlı qərar sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, bundan öncə də Fransa məhkəmələrində daha 21 məscidin birdəfəlik və ya müvəqqəti bağlanmasıyla bağlı qərarlar qəbul edilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}